Xalçalarımız prezidentin xanımını heyran etdi

Xalçalarımız prezidentin xanımını heyran etdi
1938 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 8-də Serbiya Respublikası Prezidentinin xanımı Dragitsa Nikoliç “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasının tədbirində iştirak edib.

Qonaq qədim səyyahlar, salnaməçilər, ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşidləri  haqda məlumatlandırılıb.
D.Nikoliçə 1996-cı ildən fəaliyyətə başlayan, hazırda 350 nəfərin çalışdığı “Azərilmə”nin məhsullarının ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada xüsusi mükafatlara layiq görülməsi haqda informasiyalar verilib.
Qeyd edək ki, Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

AzərTac