Mehriban Əliyeva qızı ilə Gəncədə - Fotolar

Mehriban Əliyeva qızı ilə Gəncədə - Fotolar
1696 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 14-də birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.

Axşam.az xəbər verir ki, Mehriban Əliyeva və Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.