Demet Eceni 6 ay da susdurmaq istədi

Demet Eceni 6 ay da susdurmaq istədi
11960 dəfə oxunub
  • A-
  • A
  • A+

Demet Akalın aparıcı Ece Erkeni “Söylemezsem olmaz” proqramında onun haqda danışmaması üçün məhkəmə qərarı ilə bir aylıq susdurmuşdu.

Axşam.az xəbər verir ki, bir aylıq susqunluq dövrü bitəndən sonra müğənni yenidən məhkəməyə müraciət edib.

O, qərarın 6 ay da uzadılmasını istəyib. Lakin məhkəmə qanunu pozan heç bir hərəkət olmadığı üçün Demetin bu tələbini rədd edib.

Qeyd edək ki, Ece Erkeni məhkəməyə verən digər məşhur isə “Sen anlat Karadeniz” serialının baş rol ifaçısı İrem Helvacıoğludur. Aktrisa Ecenin, həmçinin birlikdə veriliş apardığı Bircan Balinin onun haqda təhqiredici ifadələr işlətdiyini əsas gətirərək məhkəməyə müraciət edib.