12 il öncə ölən Barış Akarsunun səsyazıları ortaya çıxıb

12 il öncə ölən Barış Akarsunun səsyazıları ortaya çıxıb
12139 dəfə oxunub
  • A-
  • A
  • A+

2007-ci ildə yol qəzasında həyatını itirən türkiyəli ifaçı Barış Akarsunun ailə maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, ailə Aksunun heç yerdə işıq üzü görməmiş mahnılarının olduğunu bildirib.

“12 il sonra yeni albomu çıxır. Çox səs-küylü olacaq. Albom üçün çox yaxşı bir musiqi şirkətinin axtarışındayıq. Əgər güvənə biləcəyimiz yaxşı bir prodüser və ssenarist tapa bilsək, həyatından bəhs edən gözəl bir film də çəkəcəyik” deyə, ailədən məlumat verilib.

Qeyd edək ki, Barış Akarsu motosikl qəzasında həyatını itirib.