Xəbər verdiyimiz kimi, aktyor Elməddin Cəfərovun adına İnstaqramda profil yaradılıb.

Axşam.az-ın məlumatına görə, şou-biznes nümayəndələri də səhifəni paylaşaraq, aktyorun sosial şəbəkəyə qatıldığını yazıb, ona "follow" atılmasını istəyiblər.

Elməddin isə bununla bağlı video yayıb və heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib:

"Kimsə mənim adımdan İnstaqram səhifəsi açıb, müğənnilərə yollayır ki, paylaşın. O, mən deyiləm, səhifəm deyil. İnstaqramda yoxam. Həmin insana deyirəm ki, polisə müraciət etməmiş öz xoşluğunla bağla onu".



loading...


                 

Digər