Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” - Video

Efirdə Elarizi təhqir etdilər: “Bunun keçəlinə baxın” - Video
2546 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Xəzər” TV-də yayımlanan “5/5” proqramında müğənni Nadir Qafarzadə parodiya edilib.

Axşam.az xəbər verir ki, veriliş zamanı parodiyaçı Elnur Mahmudov Qafarzadənin “Maral” mahnısının sözlərini dəyişərək ifa edib.

O, oxuyarkən arxa fonda müğənni Elariz Məmmədoğlunun fotosu yayımlanıb və Elnurun dəyişdirdiyi mahnının sözləri animasiya şəklində öz əksini tapıb.

Mahnının sözlərindəki “Əlinə xına yaxın, başına parik taxın. Bunun keçəlinə baxın. Dazına dərman yaxın. Bir də maral buraxın, qoy otlasın” ifadələri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

İzləyicilər bunun parodiya olmadığını, Elarizin alçaldıldığını və təhqir edildiyini söyləyib.