Eldar Qasımov: “Deyirlər ki, nə var müğənniyə - çıxıb oxuyur”

Eldar Qasımov:  “Deyirlər ki, nə var müğənniyə - çıxıb oxuyur”
864 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2011” qalibimiz Eldar Qasımov paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, İnstaqramda palçığa batmış çəkmələrinin fotosunu paylaşan müğənni “İşləyirik, sonra deyirlər ki, nə var müğənniyə - çıxıb oxuyur, vəssalam. Bax, belə günlərdə ofisdə oturub “qənfet”lə çay içməyə həsrətlə baxıram. Şikayət eləmirəm, işimi sevirəm, siz də məni daha çox sevin. Çünki sizin üçün hər şeydən keçərəm” deyə, şərh yazıb.

İzləyicilər isə Eldara “Deyəsən, yeni klip gəlir. İşlə, klip çıxanda oturub konfetlə çay içərək baxarsan” deyə, rəy bildiriblər.