Məşhur aktrisaları daşıyan təyyarədə problem yarandı - Foto

Məşhur aktrisaları daşıyan təyyarədə problem yarandı - Foto
12017 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur aktrisalar Cennifer Eniston və Kortni Koksun içində olduğu təyyarə təcili eniş edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi Los-Ancelesdən Meksikaya gedən özəl təyyarənin təkərlərindən birində yaranan problem olub.

Pilot təyyarəni Los Ancelesdəki başqa hava limanına endirməli olub. Həmin vaxt təcili yardım və yanğınsöndürən maşınlar hazır vəziyyətdə dayanıb.

Xoşbəxtlikdən pilot hava limanına sakit şəkildə eniş etməyi bacarıb.

Aktrisalar başqa bir təyyarəyə minərək yola davam ediblər.