Mərhum sənətçinin həyatı film olur

Mərhum sənətçinin həyatı film olur
11687 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli mərhum ifaçı Ahmet Kayanın həyatı haqda film çəkilir.

Axşam.az xəbər verir ki, üç prodüser birləşərək sənətçinin 20-ci ölüm ildönümündə onun həyatını əbədiləşdirir.

"Ahmedo iki gözüm" adlı film 16 noyabrda 27 ölkədə yayımlanacaq. Ekran işinin ilk hissəsi sənətçinin qəbrinin yerləşdiyi Parisdə çəkilir.  

Türkiyə, Almaniya və İsveçrənin ortaq işi olan film İranlı rejissorlar Adnan Osman Şanaz və Arafat Rüzgar tərəfindən hazırlanır.

"Ahmedo iki gözüm"ün baş rol aktyorunun adı hələ ki, gizli saxlanılır.

Qeyd edək ki, Ahmet Kaya Türkiyənin “Youtube”da ən çox izlənilən sənətçisidir. Əsərləri dillr əzbəridir.