"3 ay anama yalvardım" - Rəqsanənin qızı

"3 ay anama yalvardım" -  Rəqsanənin qızı
3689 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aysun İsmayılova media nümayəndələri ilə görüş keçirərək, yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, “Düşmənlər” adlı ekran işindən danışan ifaçı bildirib ki, çəkilişlər bir günə başa çatıb.

“Mahnı əslində, anam üçün yazılmışdı. Amma çox xoşum gəldi. Üç ay bu mahnı üçün ona yalvardım. Axırda gördüm alınmır, çəkib İnstaqramda paylaşdım ki, bəlkə ürəyi yumşala. Nəhayət, istəyimə nail oldum. Ümid edirəm ki, bəyənəcəksiniz” deyə, Aysun bildirib.

Təqdimat zamanı atası Aysuna böyük gül buketi göndərməklə diqqət çəkib. Gecənin maraqlı məqamlarından biri də klip təqdim ediləndən sonra atəşfəşanlıq olub. Müğənni tort kəsəndən sonra məkanın həyətində fişənglər partladılıb.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Elçin Məhərrəmova aiddir. Klipin rejissoru isə Rəşad Həsənovdur.