Elvin Ledi Qaqa, Samir Viktoria Bekham olmaq istədi - Sorğu

Elvin Ledi Qaqa, Samir Viktoria Bekham olmaq istədi -  Sorğu
1237 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az yerli məşhurlar arasında sorğu keçirib.

Onlar “Qarşı cinsdən biri olsaydınız, hansı məşhur olmaq istəyərdiniz” sualına cavab veriblər.

Nigar Camal:

“Heç vaxt bu barədə düşünməmişəm. Ən sevdiyim məşhurlar Al Paçino və Robert De Nirodur. Onlardan biri olmaq istəyərdim”.

Samir Bayramlı:

“Azərbaycanlılardan nəzərdə tutursunuzsa, heç biri olmaq istəməzdim. Əgər xaricilərdən söhbət gedirsə, Viktoria Bekham olmaq istəyərdim”.

Sevil və Sevinc Səfərovalar:

“Denzel Vaşinqton olmaq istəyərdim. Çünki insanlıq baxımından çox mükəmməldir. Biz onu izləyirik. İş baxımından da hər şeydə birincidir”.

Elvin Abdullayev:

“Ledi Qaqa olmaq istəyərdim. Çünki “qaqa”lar qrupuna daxildir” (gülür).

Dilarə Kazımova:

“Əgər qarşı cinsdən biri olsaydım... Bu, sözsüz ki, Bred Pitt olardı”.

Eldar Qasımov:

“O qədər çox qadın məşhur var ki, nəinki ona bənzəmək istəyirsən, hətta onun bir gününü yaşamaq istəyirsən. Əgər qadın məşhur olsaydım, yəqin ki, Pink olardım”.



Pərviz Hüseyn