"Həkim həyatımı təhlükəyə atdı" - Xalq artisti

"Həkim həyatımı təhlükəyə atdı" -  Xalq artisti
1413 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, aktrisa ona vurulan iynədən çoka düşüb. Təcili yardımla xəstəxanaya çatdırılan Allahverdiyeva hazırda səhhətinin yaxşı olduğunu bildirib:

"Dırnaqarası savadlı, peşəkar həkim sayəsində həyatım təhlükə altına atıldı. Digər xəstəxananın peşəkarları sayəsində xilas oldum. 

Amma keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır. Allah belə həkimlərdən uzaq etsin".

Qeyd edək ki, Naibə ona vaxtıkeçmiş iynə vurulduğunu bildirib.