Köhnə xidmətçisi Demetin evini soydu

Köhnə xidmətçisi Demetin evini soydu
11296 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Demet Akalının villasına oğru girib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə Tvitterdə məlumat verib.

Bildirilir ki, hadisə ötən gün səhər saatlarında baş verib. Akalının eks-xidmətçisi bir çanta ziynət əşyası və pulu götürərək evdən qaçıb. İki nəfər isə onların qaçdığını görüb və mühafizəçilərə xəbər verib. Mühafizəçilər qadını qovmağa başlayıb və tutmağı bacarıb.

“Pis bir şey yoxdur, amma yuxusuz qaldıq. Qızım qorxudan məhv oldu. Oğru əvvəllər evimdə çalışan qadındır. Artıq heç kəsə yaxşılıq etməyəcəm, çünki nəticəsi bu olur” deyə, Demet qorxusunu dilə gətirib.