“Taxt oyunları”nın ulduzunun adı Vaynşteynlə seks qalmaqalında

“Taxt oyunları”nın ulduzunun adı Vaynşteynlə seks qalmaqalında
11589 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları” serialında “Sörsi” obrazını canlandıran Lena Hidi karyerasının yüzə yaxın qadını cinsi istismar edən kinoprodüser Harvi Vaynşteynə görə zərər çəkdiyini bildirib.

Axşam.az xəbər verir ki, o, bu barədə “The Sunday Times” qəzetinə danışıb.

Aktrisanın sözlərinə görə, prodüser ona iki dəfə cinsi əlaqədə olmağı təklif edib. Ancaq “yox” cavabı alandan sonra təsisçisi olduğu “Miramax” studiyasının layihələrindən Lenanı çıxarıb.

“Onunla yatmadım deyə, karyeramın 10 ili məhv oldu” deyə, aktrisa bildirib.

Qeyd edək ki, prodüser ötən ilin mayında həbs edilib.