Şou-biznesin simic müğənniləri

Şou-biznesin simic müğənniləri
3464 dəfə oxunub
  • A-
  • A
  • A+
"X maqazin" şou-biznes nümayəndələri arasında sorğu aparıb. Onlar məşhurlarda "Müğənnilər arasında ən simic ulduz kimdir" sualını ünvanlayıb.

Axşam.az tanınmışların cavabını təqdim edir:

Fatimə Fətəliyeva ən simic ifaçının Rüfət Axundov olduğunu deyib:

"Yaxşı başı var, ondan öyrənmək lazımdır".

Murad Arifin fikrincə ən simic müğənni toyu çox olandır:

"Kim Allahın hər günü toylardadır, illərnən oxuyur yığır, ilə nə klip çəkdirir, nə təzə mahnı yazdırır, nə də konsert verir simicdilər. Ən yaxşı halda maşın dəyişərlər".

Mənzurə Musayeva isə Əlikram Bayramov, Zakir Əliyev, Səyyad Əlizadənin pul xərcləməyi sevmədiyini söyləyib. 

Tarix Əliyev (Tolik) isə Rüfət Axundovun və muğam ifaçılarının pul xərcləmədiyini söyləyib. O, Mənzurə Musayevanın da simiclər siyahısında yer aldığını deyib.

Yaşar Yusub isə prodüseri Anar Mədətovu simic adlandırıb.

Ədalət Şükürov isə özü və Xəyyam Nisanovu simic müğənni adlandırıb.

Xuraman Şuşalı isə simic, pulunun qədrini bilən özünün olduğunu bildirib.

Mətanət İsgəndərli isə Teymur Əmrahı simic adlandırıb.