"Bülənt Ərsoyda kişmiş, Niyamda bişmiş səsdir" - Dilarə
Müğənni Elvin Abdullayev "Söhbət var" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, proqramın aparıcısı əməkdar artist Dilarə Əliyeva ifaçıya Niyam Salaminin koftasını geyindirib.
"Uzun illərdir səni izləyirəm, koftan qəşəngdir" deyə Elvin söyləyib.
Dilarə isə ona "Niyamı parodiya et, sonra kofta sənin olsun. Bülənt Ərsoyda kişmiş, Niyamda bişmiş səsdir" sözlərini deyib.
Elvin isə "Niyam kimi oxuya bilmərəm" cavabını verərək, oxumağa başlayıb.