Xidmətçi Röyanın başına “oyun açdı”

Xidmətçi Röyanın başına “oyun açdı”
2840 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxanın başına iş gəlib.

Axşam.az xəbər verir ki, müğənni bu barədə İnstaqramda məlumat verib.

O, Türkiyədəki 5 otaqlı evini təmizləməsi üçün şirkətlərdən birindən xidmətçi sifariş verib.

“Adətən, evim balaca olduğu üçün özüm təmizləyirəm. Amma bu dəfə dedim ki, bir xanım gəlsin, kömək etsin. O, evə gələnədək artıq 3 otağı təmizləmişdim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz kim istəyir olun, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı, Dedi ki, siz düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Özü də pulunu artıqlaması ilə əvvəlcədən ödəmişdim” deyə, Röya bildirib.