Həkimindən Ramiz Əzizbəyli ilə bağlı - açıqlama

Həkimindən Ramiz Əzizbəyli ilə bağlı - açıqlama
1346 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir. Şuxdur, deyir-gülür, hətta şeir belə yazır”. 

Axşam.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya xalq artisti Ramiz Əzizbəylinin həkimi Ceyhun Babayev deyib.

O, məşhur aktyorun ev şəraitində müalicəsinin davam etdiyini vurğulayıb:

“Ayağı amputasiya olunmayacaq. Gələcəyi biz həkimlər deyil, Allah bilir. Yetərincə yanaşı gedən xəstəlikləri var. Sosial şəbəkələrdə çox xəbərlər yayırlar, amma informasiyalar həqiqətlə uzlaşmır. Ramiz müəllim yaxşıdır, nəzarət altındadır”.