Arda Turandan arvadına: “Əziyyət çəkməliyəm ki, 4-5 uşağımız olsun”

Arda Turandan arvadına: “Əziyyət çəkməliyəm ki, 4-5 uşağımız olsun”
12321 dəfə oxunub
  • A-
  • A
  • A+

Arda Turanın həyat yoldaşı Aslıhan Turan ana olandan sonra ilk dəfə müsahibə verib.

Axşam.az xəbər verir ki, Aslıhan səmimi açıqlamalar verərək, Ardayla evliliyindən danışıb.

“Saf, aldadılan və bunlara susan qadın kimi göstərildim. Amman belə şey yoxdur. Ona güvənməsəydim, o mənə inanmasaydı, bu evlilik olmayacaqdı. İnsanların “Arda şorgözdür, onu etdi, bunu etdi” kimi sözləri məni maraqlandırmır. Ərimin nəyi edib-etməyəcəyini çox gözəl bilirəm. Bizi bir yerdə tutan eşqdir. Ardayla yeni sevgili olanda ona dedim ki, mən 4-5 uşaq istəyirəm. O da “O zaman mən çox işləməliyəm, əziyyət çəkməliyəm” deyə, mənə cavab verdi. Hamzanı qucağımıza aldıq, indi səbrsizliklə 2-ci, 3-cü, nəsib olsa, 4-cü uşağımızın dünyaya gəlməsini istəyirik. Ərimin çox yaxşı qazancı var. Əli açıqdır” deyə, Aslıhan bildirib.

Qeyd edək ki, Arda Turan tez-tez həyat yoldaşını aldatması xəbərləri ilə gündəmə gəlir.