"Onlarla kim dostluq edirdisə, "qara siyahı"ya atırdım"

"Onlarla kim dostluq edirdisə, "qara siyahı"ya atırdım"
2793 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, o, müğənnilər Sevil və Sevinc Səfərova bacıları ilə küsülü olduğu vaxtlardan danışıb:

"Küsülü olan vaxt Sevil və Sevinclə kim dostluq edirdisə, onu "qara siyahı"ya atırdım. Aktrisa Nərgizi və Dj Roşkanı da onlarla şəkil paylaşdığı üçün "qara siyahı"ya atmışdım. Çünki görəndə əsəbləşirdim.

Amma şərt qoymurdum ki, ya onlarla, ya mənimlə danışın. İndi elə adamlar var ki, filankəs onunla danışırsa, mənimlə danışmasın. Mənim qarşıma hansısa dəyərli insan şərt qoya bilər. "