Rekord qıran klip geri qaytarıldı

Rekord qıran klip geri qaytarıldı
16280 dəfə oxunub
  • A-
  • A
  • A+

Reynmen baxış sayı 100 milyonu keçən klipi "Dərdim olsun"u "Youtube"dan sildiyini bildirib.

Axşam.az-ın məlumatına görə, o, bu barədə sosial media hesabında məlumat verib.

Reynmen açıqlamasında bu sözləri deyib:

"Klipim 200 milyon izlənməsə də olar. Dərdim oldu. İstəmirəm. O mahnı ilə bu səviyyəyə çatmamışam. Sabah da onunla var olmayacam".

Lakin, ifaçı gecə İnstaqram hesabında klipi yenidən aktiv etdiyini vurğulayıb. Hazırda klipin baxış sayı 123 milyondur.

Qeyd edək ki, ekran işinin "Mahna mahna killer" qısa filmindən oğurlandığı və baxış sayının saxta olduğu iddia edilirdi.