Acun Ilıcalı "Survivor"a yeni iştirakçının qatılacağını bildirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışmaya boksçu Sabriye Şengülün gələcəyi məlum olub.
O, bu barədə İnstaqram hesabında yazıb:
"Yarışmaya getməyim mənə də sürpriz oldu. Oyunlarda əlimdən gələni etməyə hazıram".
Qeyd edək ki, S.Şengül 2017-ci ildə də "Survivor"da iştirak edib.