“Dəbin atasının” 200 milyonluq mirası pişiyinə qalacaq?

“Dəbin atasının” 200 milyonluq mirası pişiyinə qalacaq?
11626 dəfə oxunub
  • A-
  • A
  • A+

“Chanel”in kreativ direktoru, dizayner Karl Laqerfeldin ölümündən sonra 200 milyon dollarlıq mirasının kimə qalacağı ilə bağlı müxtəlif iddialar var.

Axşam.az xəbər verir ki, “La figaro” qəzeti əgər Karlın varisi pişiyi Şopetə göstərilərsə, Fransa qanununlarının bir heyvana miras qalmasına icazə vermədiyini bildirib.

Bu, o halda mümkün olar ki, pişiyin baxıcısı olsun.

Qeyd edək ki, pişiyin sosial media hesabı var və əldə etdiyi reklam gəlirlərindən ildə 3 milon avro pul qazanır.

Onu da bildirək ki, iddialar arasında Laqerfeldin mirasının böyük bir hissəsinin xaç atalığını etdiyi 11 yaşlı oğluna qalacağı bildirilir.