Kəpəyə qarşı təbii çarələr

Kəpəyə qarşı təbii çarələr
1184 dəfə oxunub
  • A-
  • A
  • A+

Kəpəkdən azad olmaq üçün bir çoxumuz bahalı şampunlar və maskalardan istifadə edirik. Lakin çox vaxt bunlar o qədər də kömək olmur. Ona görə də kimyəvi vasitələr əvəzinə təbii vasitələrdən istifadə edərək bu problemdən azad olmağa çalışmalısınız.

Axşam.az xarici mediaya istinadən təbii vasitələrlə kəpəkdən azad olmağın yollarını sadalayır.

Limon suyu - təkcə kəpəyə qarşı deyil, saç köklərinin güclənməsi və parlaqlıq qazanması üçün də çox yaxşı təsirə malikdir. Limon həmçinin artıq yağı götürür və saçınızı qidalandırır. Limon suyunu tətbiq etmək üçün əvvəlcə saçınızı şampunla yuyun. Daha sonra saç dərinizə limon suyunu masaj edərək tətbiq edin. Bir müddət saxladıqdan sonra bir az şampun istifadə etməklə yuyub durulayın. Limon suyunun saçınızda qalmamasına diqqət yetirin.

Aloe vera - digər təsirli vasitə isə aloe veradır. Aloe vera geli quru saç dərisini yumşaldır, saçı gücləndirir və saçın tökülməsinin qarşısını alır. Saçınız quru halda ikən aloe vera geli ilə masaj edin. Bir az saxlayıb yuyun. Bu üsulu kəpək azalana qədər hər gün təkrarlamalısınız.
Hindistan qozu yağı - kəpəyin aparılmasına yaxşı təsir edən vasitələrdəndir. Saçınızı yumamışdan əvvəl bu yağı masaj edərək dərinizə çəkin. Bir dəsmal ilə bağlayıb bir az gözlədikdən sonra saçınızı darayın. Daha sonra isə ilıq su və şampunla yaxşıca yuyun.

Mayonez - tərkibindəki yumurta və sirkə sayəsində mayonezdən saçları yumşaltmaq və təbii bir parlaqlıq vermək üçün istifadə edilir. Nəm saçınıza mayonez çəkib bir müddət saxlayın. Sonra isə şampunla yuyun. Nəticədə yumşaq və parlaq saçlara sahib olacaqsınız.

Çuğundur suyu - kəpəyə qarşı təsirli müalicə üsullarındandır. Çuğunduru qaynatdıqdan sonra suyunu saç dərinizə masaj edərək kəpəkdən qurtula bilərsiniz.

Sirkə - anti bakterial xüsusiyyəti ilə sirkə ölü dərilərin təmizlənməsini təmin edir. Ölü dərilərin təmizlənməsi nəticəsində saç diblərinin hava alması üçün şərait yaranır. Bu sayədə də kəpəyin yaranmasının qarşısı alınmış olur.