Əməkdar artist Vasif Məhərrəmlinin arxiv fotosu müzakirələrə səbəb olub.
Axşam.az-ın məlumatına görə, müğənninin şəklinə yüzlərlə rəy yazılıb.
İzləyicilər Vasifin başına saç əkdirməyi ilə yanaşı üzünə dolğu etdirdiyini də vurğulayıb. Belə ki, arxiv fotolarında üzündə, alnında, gözünün ətrafında qırışlar olan Məhərrəmlinin indi onlara botoks etdirdiyi açıq-aşkar görünüb.
Qeyd edək ki, ifaçı bir neçə il əvvəl saç əkdirdiyini bildirmişdi.