Fira icraçı direktor olub? - Açıqlama

Fira icraçı direktor olub? - Açıqlama
3839 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” TV-nin eks-aparıcısı Firuzə Cəlilovaya vəzifə verilməsi barədə xəbər yayılıb.

Bildirilir ki, o, bu gündən etibarən, “M Group Production”da icraçı direktor vəzifəsində çalışır.

Axşam.az məsələ ilə bağlı MGP ilə əlaqə saxlayıb, onlar sosial şəbəkədə yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
 
“Firuzə Cəlilova hazırda şirkətlə  təqdim etdiyi layihələrin icraçı prodüseri kimi əməkdaşlıq edir. Aparıcının icraçı direktor vəzifəsinə təyin olunması ilə bağlı yayılan  məlumatlar həqiqəti əks etdirmir” deyə, söylənilib. 

Qeyd edək ki, MGP şirkəti xalq artisti Murad Dadaşovun rəhbərliyi ilə fəaliyyət göstərir. İndiyək “Mərc Şou” və “Maşın Şou” daxil olmaqla, bir çox reytinqli layihələrin müəllifidir.