Məşhurlarımız “İki yad adam”ı görməyə gəldi - Fotolar

Məşhurlarımız “İki yad adam”ı görməyə gəldi - Fotolar
12128 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən “Addım” Gənclər Təşkilatının 6 yaşı münasibəti ilə keçirilən tədbirdə yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub.

Axşam.az xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, rəsmi qonaqlar və tanınmış incəsənət nümayəndələri - xalq artistləri Nisə Qasımova, Brilliant Dadaşova, Həmidə Ömərova, əməkdar artist Tünzalə Ağayeva, aktrisa Sevinc Əliyeva, aparıcı Nərgiz Cəlilova, aktrisa Hüsniyyə Mürvətova və digər şəxslər iştirak edib.

Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.