Pul verib özünü döydürdüyü ortaya çıxdı

Pul verib özünü döydürdüyü ortaya çıxdı
11896 dəfə oxunub
  • A-
  • A
  • A+

“Empire” serialının aktyorlarından olan Cassi Smolletin homofobiya və irqçiliyə görə döyülməsi ilə bağlı xəbər yayılmışdı.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məlum olub ki, sənətçi iki nəfərin hərəsinə 3500 dollar pul verməklə özünü döydürdüb.

Polis əməliyyat zamanı 100 nəfərdən artıq adamı dindirib, 55-dən çox kameraya baxaraq, hadisənin təfərrüatını axtarıb.

Lakin Cassini döyən iki nəfər muzdlu şəkildə iş gördüklərini bildirib. 36 yaşlı aktyor ABŞ polisi tərəfindən tutulub və passportu əlindən alınıb.

O, ifadəsində serialdakı qazancının artması üçün bu addımı atdığını söyləyib. Polisə yalan ifadə verdiyinə görə, aktyora 100 min dollar pul cəzası verilib.

Qeyd edək ki, aktyor serialda onunla birlikdə çalışan iş yoldaşlarından üzr istəyib.