Nigar Camaldan Damlaya dəstək: “Kiməsə ləkə yaxmaq alçaqlıqdır”

Nigar Camaldan Damlaya dəstək: “Kiməsə ləkə yaxmaq alçaqlıqdır”
3945 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Damla olduğu iddia edilən intim video ilə bağlı bir çox məşhur iradını bildirmişdi.

Axşam.az xəbər verir ki, ona dəstək olanlardan biri də “Eurovision” təmsilçimiz Nigar Camal olub.

O, İnstaqram hesabında Damla haqda bu sözləri yazıb:

“Şər-böhtan atanlar cəzalandırılmalıdır. Görün nə qədər millətinizi sevmirsiniz ki, saxta video yayırsınız. O, qadın və anadır. Oğlu var. Kiməsə ləkə yaxmaq alçaqlıqdır. Sevmirsiniz, kənarda durun. Əsəbisənsə, özünü vur. Qoy dünya daha bir çürükdən təmizlənsin”.

Qeyd edək ki, Damlanı Xatun, Elçin Cəfərov, Hüseyn Məhəmmədoğlu, Natavan Həbibi kimi məşhurlar müdafiə etmişdi.