Fatma Girik əməliyyat olundu

Fatma Girik əməliyyat olundu
11668 dəfə oxunub
  • A-
  • A
  • A+

76 yaşlı aktrisa Fatma Girik əməliyyat olunub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun hidrosefaliya xəstəliyinə tutulmasıdır.

F.Girik 3 həftə əvvəl evinin hamam otağında yıxılaraq xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra onun əməliyyat olunmasına qərar verilib.

Aktrisanın həkimi açıqlamasında bu sözləri deyib:

"Fatma xanımın əməliyyatı yaxşı keçib. Asan oldu. Hazırda oyanıb və vəziyyəti yaxşıdır".

Qeyd edək ki, hidrosefaliya beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlikdir.