Rihanna milyarder sevgilisi Cəmillə görüntüləndi - Fotolar

Rihanna milyarder sevgilisi Cəmillə görüntüləndi -  Fotolar
12438 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu həftə 31 yaşını qeyd edən Rihanna basketbol oyununu izləməyə gedərkən obyektiblərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı həmin vaxt tək olmayıb. O, oyunu Səudiyyə Ərəbistanlığından olan milyarder Həssən Cəmillə birlikdə yollanıb.

2,2 milyard dollar sərvəti olan sevgilisi ilə səmimi görüntülər nümayiş etdirən Rihanna oyun izləyən zaman rəqs edib, pozitiv anlar nümayiş etdirib.

Qeyd edək ki, Rihannanın milyarderlə sevgili olma xəbəri 2017-ci ildə mediada yayımlanmışdı. Bir neçə dəfə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük hələ də birlikdə olduğunu nümayiş etdiriblər.