"XX əsrin faciəsi - Xocalı soyqırımı"

"XX əsrin faciəsi - Xocalı soyqırımı"
10806 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 25-də Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tədbir keçirilib.

Axşam.az  xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edib.

Kompozisiya şəklində təqdim edilən tədbirdə qeyd olunub ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazılıb.

Daha sonra tədbir boyu bir-birini əvəz edən musiqi, tamaşa və bədii qiraət həmin gecə yaşananları bir daha xatırladıb.

Anım mərasimi L. və M. Rostropoviçlər adına 21 saylı Musiqi məktəbinin şagirdi Kənan Ağayevin təsirli çıxışından sonra tədbir aktyorların səhnədə üçrəngli Azərbaycan bayrağının qaldırılması və C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xor kollektivinin ifasında himnimizin səsləndirilməsi ilə yekunlaşıb.