Leyla Əliyeva “Ağrı gecəsi” adlı tədbirdə - Fotolar

Leyla Əliyeva “Ağrı gecəsi” adlı tədbirdə - Fotolar
11195 dəfə oxunub
  • A-
  • A
  • A+

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib.

Axşam.az xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə, həmçinin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov soyqırımının dəhşətləri barədə tədbir iştirakçılarına məlumat veriblər.

Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

Sonda Xocalı faciəsi ilə bağlı film nümayiş etdirilib.