Günel: “Buradan pul güdmürəm”

Günel: “Buradan pul güdmürəm”
1843 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azəri Günel Zeynalova həmkarlarına səslənib.

Axşam.az-ın məlumatına görə, sənətçi bölgələrdə verəcəyi konsertlərinə müğənniləri də dəvət edib. Bu haqda “Onlar” verilişinə açıqlama verən Günel layihədən pul qazanmağı düşünmədiyini deyib:

“Hər zaman arzum idi ki, işğal olunmuş torpaqlarda konsert verim. Bunu qismən də olsa, reallaşdırmaq üçün imkan əldə etdim. Ağdam və digər bölgələri gəzib konsertlər verəcəyəm. On nəfərdən ibarət orkestrim və qardaşım Tunar Rəhmanoğlu da bizimlə olacaq. Buraya digər ifaçılarımızı da dəvət edirəm. İstəyən bizə qoşula bilər. Mən bu konsertlərdən maddiyyat, qazanc güdmürəm”.