“Slivki” və Alişan Bakıya toya gəlir - açıqlama

“Slivki” və Alişan Bakıya toya gəlir -  açıqlama
1807 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış “Slivki” qrupunun əsas solisti Karina Koks və türkiyəli müğənni Alişan Bakıda qonaq olacaq.

Axşam.az-ın məlumatına görə, sənətçilər paytaxtımıza prodüser Anar Mədətovun dəvəti ilə gəlir.

“Karina ilə birlikdə bu gün onun prodüseri Dmitri  də gələcək. Karina mənim xahişim ilə övladını da özü ilə götürüb. Gəlişinin səbəbi burada bir toy mərasimində iştirak etməkdir. Həmin məclisin təşkilatçılığı mənə həvalə olunub. Gecənin digər qonağı isə türkiyəli ifaçı Alişandır. O, Bakıya sabah gələcək. Eyni zamanda, Ədalət Şükürov, Azəri Günel Zeynalova və Elton Hüseynəliyev məclisdə çıxış edəcəklər. Toyun aparıcısı Nərgiz Cəlilovadır. Məclis sabah “Şərq sarayı”nda baş tutacaq” - deyə A.Mədətov bildirib.