Natavan sonuncu, Röya birinci oldu - video

Natavan sonuncu, Röya birinci oldu - video
3445 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Onlar” verilişinin “Top 10” rubrikasının həftəlik nəticələri yenə izləyiciləri təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, ötən həftə lider olan müğənni Lətifə Soyuözün "Məhkəmə" klipi geriləyərək dördüncü pillədə qərarlaşıb. Ötən həftə geriləyən Röya isə yenidən önə keçib. Sənətçinin “Mənəm” adlı mahnısına çəkilən ekran işi birinci olub. Həftənin sonuncusu isə müğənni Natavan Həbibinin “Sus” klipi seçilib. Siyahıda həmçinin xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, müğənni Manana, Sevda Yahyayevanın klipləri yer alıb. Bu həftə “Top 10”a daxil olan yeni klip müğənni Xəyyam Nisanovun “24 saat”ı olub.

Qeyd edək ki, həftə ərzində bəyəndiyiniz klipi “Onlar”ın “Facebook” səhifəsinə (https://www.facebook.com/10LAR ) daxil olmaqla səs verib birinci edə bilərsiniz.