"Eurovision 2019"un bilet satışına qadağa qoyuldu

"Eurovision 2019"un bilet satışına qadağa qoyuldu
10978 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailin KAN ictimai televiziyası mayda Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinə biletlərin satışını dayandırıb.

Axşam.az xəbər verir ki, buna səbəb satışla bağlı qaydaların pozulması olub. “The Times of Israel”in yaydığı xəbərə görə, satış martın 3-dən dayandırılıb.

Teleşirkətin nəzarət komitəsi yayıb ki, ötən həftə satılan yüzlərlə biletin qazanc məqsədi ilə yenidən satılmasından şübhələniblər. İctimai televiziya bütün satışları əlavə bildiriş verilənə qədər dayandırmalıdır. Nəzarət komitəsi müsabiqə arenasında ən yaxşı yerlərə yüzlərlə biletin ictimaiyyətə deyil, idman xadimlərinə və media menecerlərinə satışı prosesinə müxtəlif tərəflərin müdaxilə etmək cəhdlərini müəyyən edib ki, bu da ictimai televiziyanın prinsiplərinə tamamilə ziddir.

Bu şübhələr aradan qaldırılana və qanunsuz satılan biletlər ictimaiyyətə qaytarılana qədər bütün satışlar dondurulacaq. İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan KAN məmurlarının şübhələrini araşdırmağa göstəriş verib.