Müğənni Nura Suri “Ağladım” adlı yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, musiqisi və sözləri meyxanaçı Ceyhun Ərkivanlıya aid olan mahnını Whosein ekranlaşdırıb.

Bir gün çəkilişi baş tutan ekran işində modelyer Gülya Vəkilova geyimlərindən istifadə olunub.

Bu dəfə klipdə müğənninin tərəf müqabili Şuşa Teatrının aktyoru Türkay Cəfərli olub. Onlar ekran işində bir-birindən ayrılmış iki sevgilini canlandırıblar.

Qeyd edək ki, müğənninin tərzi üzərində Syama Rəsulova, Telman Heybətov və Babək Qədirov çalışıb.

Ekran işinin çəkilişləri zamanı Suri fotosessiya da etdirib. O, fotoqraf Məhəbbət Nəsirovun obyektivi qarşısına keçərək pozlar verib.

 
 
 
 
 
 
 


loading...


                 

Digər