Hüsnü Şənləndirici Bakıda – fotolar

Hüsnü Şənləndirici Bakıda –  fotolar
819 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Türk musiqi axşamı” keçirilib.

Axşam.az xəbər verir ki, “Bir millət, iki dövlət” devizi altında baş tutan konsertdə Bakı Musiqi Akademiyasının Türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri iştirak edib.

Onlar arasında müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şənləndirici və bir çox tanınmış simalar olub. İki saata yaxın davam edən tədbirdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq, türk sənət və estrada, eləcə də Azərbaycan musiqisinin nümunələri səsləndirilib.

Gecənin ən çox bəyənilən iştirakçısı isə Hüsnü Şənləndirici olub. O, qonaqları ifası və maraqlı söhbətləri ilə heyran qoyub.