Xalidin studiyası əlindən alındı – fotolar

Xalidin studiyası əlindən alındı –  fotolar
1496 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əbdül Xalidin uzun müddətdir fəaliyyət göstərən səsyazma studiyası əlindən alınıb.

Bu haqda Axşam.az saytına müğənni özü məlumat verib. İfaçının fəaliyyətində bu səbəbdən bir müddət durğunluq yaranıb:

“Studiyamı məhkəmə yolu ilə əlimdən aldılar. Bu məkan uzun illərdir, fəaliyyət göstərir. Əslində, mən açmamışdım. Yaxın bir dostum açıb mənə vermişdi. Bütün mahnılarım orada təmənnasız yazılırdı. Bu hadisə mənə pis təsir etdi, yaradıcı işlərimə ara vermişdim. İndi yeni studiya açmağa hazırlaşıram. İşlərin bir hissəsi tamamlanıb”.

Foto: Bəhruz ƏLİZADƏ