Bu da "Eurovision" klipimiz

Bu da "Eurovision" klipimiz
13966 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, “Dare to Dream” şüarı ilə Təl-Əvivdə keçiriləcək 64-cü Avroviziya mahnı müsabiqəsində ölkəmizi “Truth” (Həqiqət) adlı mahnı ilə Çingiz Mustafayev təmsil edəcək.

Axşam.az-ın məlumatına görə, mahnı və klip də təmsilçinin adı kimi bu gün açıqlanıb. 

Musiqinin müəllifləri Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Chingizə aiddir. Sözlər isə Borislav Milanov, Trey Campbell, Bo J, Hostess tərəfindən yazılıb.

Mahnı 7 fevrala kimi İctimai TV-yə edilən 350-dən artıq müraciətin arasından seçilib.

Təl-Əvivin “Ekspo” Mərkəzində keçiriləcək müsabiqədə ölkə təmsilçimiz Çingiz Mustafayev 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.