Azərbaycanın ən əsəbi müğənnisi - sorğu

Azərbaycanın ən əsəbi müğənnisi - sorğu
1817 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında yayımlanan "Telemaqazin" verilişi sənətçilər arasında sorğu keçirib.

Axşam.az-ın məlumatına görə, onlardan şou-biznesin ən əsəbi nümayəndəsini seçmək tələb olunub. Sorğuda fərqli cavablar qeydə alınıb:

Əməkdar artist Elza Seyidcahan: "Hamı əsəbidir. Baxanda çox sakit görünürəm. Amma məndən əsəbi adam yoxdur. Bəzən onları heç cilovlaya bilmirəm".

Müğənni Tunar Rəhmanoğlu: "Yadıma gəlmir".

Azəri Günel Zeynalova: "Ən əsəbi qardaşım Tunar Rəhmanoğludur".

Müğənni Zamiq Hüseynov: "Elə mənim özüm çox əsəbiyəm".

Müğənni Günay İbrahimli: "Gərək fikirləşim, çətin sualdır".

Müğənni Rüfət Axundov: "Ən əsəbi Elçin Hüseynovdur".

Müğənni Niyam Səlami: "Artıq hamısı əsəbidir. Hislərini, özlərini toplaya bilmirlər, bir-birilərini yola vermirlər".

Müğənni Elçin Hüseynov: "Hansı insan sakit görünür, bilin ki, o, əsəbidir. Əsəbi insanlar cəmiyyət arasında belə olurlar".