Əlikram həyat yoldaşından danışdı: “Çox qısqancdır”

Əlikram həyat yoldaşından danışdı: “Çox qısqancdır”
1286 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əlikram Bayramov şou-biznesdə çoxlarının onun ideyalarını oğurlamasından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Telemaqazin” verilişinə açıqlamasında həmkarlarına paxıllıq etmədiyini bildirib:

"Çox vaxt olub ki, kliplərimdəki görüntüləri məndən sonra başqaları istifadə edib. Amma daha zəif formada alınıb. Bundan narazı deyiləm, mən belə şeylərdə paxıllıq etmirəm. Ümumiyyətlə, qısqanc insan deyiləm. Tək qısqanc insan evimdəki xanımdır. Çox qısqancdır. Nə edə bilərəm, onu da olduğu kimi qəbul edirəm”.

Yeniliklərindən danışan Ə. Bayramov bu il Heydər Əliyev sarayında solo konsert verəcəyini deyib.