Müğənnilər tanınmış diceyin ad gününə yığışdı - fotolar

Müğənnilər tanınmış diceyin ad gününə yığışdı - fotolar
3940 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən 106.3 FM radiosunun aparıcısı, dicey Kazım Sübhanın ad günü olub.

Axşam.az-ın məlumatına görə, 29 yaşını qeyd edən Kazım xoş gününü dostları və şou-biznes nümayəndələrinin əhatəsində keçirib.

Gecəyə xalq artisti Aygün Kazımova, Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan, müğənni Sevda Yahyayeva, Elçin Cəfərov, Günay İbrahimli, Ramal İsrafilov, Elton Hüseynəliyev, Zarina, Kərim Abbasov, Samir Piriyev və başqaları iştirak edib. Diceyin çalışdığı 106.FM-in kollektivi də Kazımı təbrik edənlər sırasında yer alıb.

Aygün Kazımova Kazımı çox sevdiyindən danışaraq ona uğurlar arzulayıb. Diceyin tortunu da elə xalq artisti özü kəsib.

Səbəbkar ad gününün ürəyincə keçdiyini deyib:

"Hər kəs gözəl iştirak etdi. Aygün xanım və Faiq bəyin gəlişinə daha çox sevindim. Xeyli sayda hədiyyələr almışam. Təbii ki, ən önəmli insanların mənə hörmət göstərməsidir".

Kazım gecəyə gəlməyən qonaqların da olduğunu etiraf edib:

“Gözümü yolda qoyan bir müğənni oldu. Onun adını açıqlamayacam. Həmin adamı çox gözlədim”.

Zəhra ƏHMƏDOVA

Foto: Bəhruz ƏLİZADƏ