"Santa-Barbara"nın məşhur aktyoru öldü

"Santa-Barbara"nın məşhur aktyoru öldü
1161 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor, aparıcı Ced Allan vəfat edib.

Axşam.az-ın məlumatına görə, aktyor 85 yaşında dünyasını dəyişib. Bu haqda onunla "Santa-Barbara" serialında rol alan dostu Ey Martines xəbər yayıb.

"O, çox ürəyiaçıq, mehriban, şən və həyatı sevən biri idi. Allaha təşəkkür edirəm ki, pnunla dost olub, eyni səhnəni bölüşmək mənə qismət olub" deyə, aktyor paylaşımında qeyd edib.

Qeyd edək ki, Ced Azərbaycan tamaşaçısına məşhur "Santa-Barbara" serialından tanışdır. O, ekran işində Sisi obrazını canlandırıb. O, eyni zamanda "Beverli-Hillz 90210", "C.S.I.: Mayami", "Müştəri hər zaman ölüdür" kimi seriallarda rol alıb.