Nəzakət Teymurova "Sarı gəlin"ə klip çəkdirib

Nəzakət Teymurova "Sarı gəlin"ə klip çəkdirib
1671 dəfə oxunub
  • A-
  • A
  • A+
Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti Nəzakət Teymurovanın simfonik orkestrin müşayiəti ilə ifa etdiyi "Sarı gəlin" mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, klipin nümayişindən sonra jurnalistlərin suallarını cavablandıran N.Teymurova bildirib ki, "Sarı gəlin" mahnısına müraciət etməsi təsadüfi deyil:

"Bu mahnıya zaman-zaman göz dikilib, onu özününküləşdirmək istəyənlər çox olub. Ona görə istədim ki, məhz "Sarı gəlin"i simfonik orkestrin müşayiəti ilə ifa edim və klipi ölkəmizdən kənarda da nümayiş etdirək, musiqimizi təbliğ edək. Mən bu mahnını "Zəmin xarə" üstündə başladım və istədim ki, indiyə qədər olan ifalardan seçilsin. Simfonik orkestrlə ifa etmək təşəbbüsü də mənə məxsusdur. İnanıram ki, dinləyicilərin ürəyincə olacaq. Məqsədimiz odur ki, “Sarı gəlin”i bütün dünya Azərbaycan musiqisi kimi oxusun”.
 
Qeyd edək ki, orkestrin dirijoru Rauf Abdullayev, klipin rejissoru Abbas Quliyev, operatoru Emin Rəhimovdur.