Aysun Bakıda mağaza açıb geyimlərini satacaq

Aysun Bakıda mağaza açıb geyimlərini satacaq
6553 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun iş xanımı olmaq qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, Azərbaycanda keçirməyi planlaşdırdığı dəfilədən imtina edən Aysun indi də mağaza açmaq sevdasına düşüb.
Bu haqda R.İsmayılova əməkdaşımızla söhbətində deyib. O, hazırda Bakıda olan qızının uzun müddət burada qalacağını deyib:

“Aysunun imtahanları bitdi, hazırda istirahətdədir. Mən Moskvaya qayıdacağam, amma qızım yox. Burada mağaza açacağıq. Aysunun tikdiyi xeyli libasları var. Hamısı dəfilə üçün hazırlanmışdı. Amma qalmaqallardan uzaq qaçmaq üçün nümayişi təxirə saldı. İndi onları yeni mağazasında satışa çıxaracaq. Bunu daha sonra Moskva və Türkiyədə də açmağı planlaşdırırıq”.