"Azərbaycandan film təklifi almışam" - Murad Boz+Fotolar

"Azərbaycandan film təklifi almışam" - Murad Boz+Fotolar
12298 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli ifaçı Murad Boz Bakıya gəlib.

Axşam.az xəbər verir ki, o, aktrisa Seda Bakanla birgə "Öldür beni, sevgilim" filminin qala gecəsində iştirak edib.

Təqdimatdan öncə media nümayəndələrinin suallarını cavablandıran Murad Azərbaycan barədə xoş fikirlər səslənidirib:

"Çox həyəcanlıyıq. Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film çəkdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi komediya filmi çəkmişik. Çox əyləncəli oldu. Burada olduğumuz üçün ayrı xoşbəxtəm. Bundan əvvəl Bakıya konsert vermək üçün gəlmişəm. Burada özümüzü öz ölkəmizdə kimi hiss edirik. Qalaların hamısını etdik. Sona qardaş ölkə Azərbaycanı saxladıq.

Azərbaycandan film təklifi almışıq. Daha çox layihənin necə olması maraqlıdır. Pul məsələsi ikinci plandadır.

Aktyorluq qabiliyyətimdə irəliləyiş var. Hər film yeni bir təcrübədir. Seda kimi aktrisanın yanında özümü tərifləyə bilmərəm. Hər dəfə yeni nəsə öyrənirəm.

Daha çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün təklif almamışam. Bu bir az da "O səs Türkiyə"dəki juri kimi zarafatlarımdan irəli gəlir".

Murad Boz aktyor Burak Özçivitlə münasibətlərinin normal olduğunu bildirib:

"Kardeşim benim 2" filminin Bakıdakı qalasına mən də gəlməli idim. Sadəcə "O ses Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə gələ bilmədim. Yoxsa hər şey qaydasındadır".

O, həmçinin sevgilisi Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini söyləyib:

“Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Cəmi bir dəfə filmə çəkilmişik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmıram. Məni səhv anlamayın”.

Hamilə olan Seda uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib:

"Uşağın cinsiyyəti bəlli deyil. Əsas odur ki, sağlam olsun.

Aktyorluq belədir ki, bir işdə yaxşı ola bilər, digərində isə əksinə. Bu rejissordan və düzgün ssenaridən asılıdır. Amma zamanla da öz işində püxtələşirsən".

Foto: İlqam CƏBİYEV