Ayseldən ailə dağıtması ilə bağlı ittihamlara reaksiya - Foto

Ayseldən ailə dağıtması ilə bağlı ittihamlara  reaksiya -  Foto
10306 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxan Turanə adlı qadın müğənni Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.

Axşam.az xəbər verir ki, Aysel bütün bu iddialara İnstaqram “Story”də cavab verib.

O, foto paylaşaraq “Allaha həvalə edirəm” sözlərini yazıb.

Qeyd edək ki, qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti işləri həyata keçirir.