Paltarına görə təyyarəyə buraxmadılar

Paltarına görə təyyarəyə buraxmadılar
12502 dəfə oxunub
  • A-
  • A
  • A+

Emili Okonnor adlı qadının libasına görə təyyarəyə minməsinə icazə verməyiblər.

Axşam.az xəbər verir ki, 21 yaşlı qadın qohumunun pencəyini geyinərək təyyarəyə daxil olub.

O, bu barədə Tvitterdə yazıb.

“Əgər üstümü örtməsəm məni təyyarəyə buraxmayacaqlarını dedilər. İnsanları narahat etməkdə günahlandırıldım, əgər pencək geyinməsəm, ətrafımdakı 4 personal məni içəri buraxmayacaqlarını dedi” deyə, qadın yazıb.

Onun paylaşımı sosial mediada viral olandan sonra CNN televiziyası hadisəni araşdırıb. Havayolu şirkəti personallarının adından Okonnordan üzr istəyib.